Netanyahu parlament seçkilərində yenidən qələbə qazandı – VİDEO

18 Mart 2015 11:37 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.

Seçkilər bitdikdən sonra Netanyahu çıxış edərək onun rəhbərlik etdiyi "Likud" partiyasının tam qələbə çaldığını elan edib:
"Vətəndaşlar bizdən onların xeyri üçün yeni islahatlar gözləyir. Biz isə onların istəklərini həyata keçirəcəyik".

Netanyahu bu sözləri Təl-Əviv şəhərində həyat yoldaşı ilə birgə gəldiyi partiyanın baş ofisində deyib.

Qeyri-rəsmi xəbərə görə "Likud" Knessetdə 29 yer alıb. İçxak Herçokun rəhbərlik etdiyi "Sionist düşərgə" isə 24 yer almağı bacarıb.

Qeyd edək ki, seçkilərin rəsmi nəticəsi mart ayının 25-də açıqlanacaq.