Qəzada ölən deputatların xatirə lövhəsi dağıdıldı - FOTO

18 Mart 2015 12:18 (UTC+04:00)
Onların qəzaya uğradıqları yerdəki xatirəsi də məhv edilib.

AzNews.az Milli.Az-a istinadən xəbər verir ki, söhbət 1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında həlak olmuş deputatlar Aydın Məmmədov və Dilarə Əliyevadan gedir. Onarın Qax rayonu ərazisində qəzaya uğradıqları yerdə abidə vardı. Təxminən 2 ay əvvəl həmin ərazidə növbəti qəza olub. Qəza nəticəsində həyatlarını itirən deputatların abidəsi də dağıdılıb. Avtomobil idarəetmədən çıxaraq həmin abidəyə çırpılıb və xatirə yerlə-yeksan edilib.

Xatırladaq ki, Dilarə Əliyeva Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, Azərbaycan Xalq Hərakatının fəal iştirakçısı, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbərlərindən biri olub. Aydın Məmmədov isə Azərbaycan Xalq Hərəkatının ön sıralarında dayanıb. Xalqın sevgisini qazanan A.Məmmədov millət vəkili olub. Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri işləyib.