Elmar Məmmədyarov: “Ermənistan təklifi rədd edib”

18 Mart 2015 14:08 (UTC+04:00)


APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sudanlı həmkarı ilə Bakıda keçirilən görüşdən sonrakı mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan tərəfi aqressiv ritorika ilə məşğuldur: "Bəlkə bu, daxili auditoriya üçündür. Həmsədrlərin sonuncu səfəri zamanı nəqliyyat və məcburi köçkünlərlə əlaqədar işçi qrupunun yaranması təklif olundu. Bizdə olan məlumata görə, Ermənistan tərəfi bu təklifi rədd edib. Azərbaycanın mövqeyi budur ki, qoşunlar nə qədər tez çıxsa, sülh sazişi o qədər tez imzalanacaq. Azərbaycan öz inkişafını davam etdirir. Qarsda TANAP layihəsinin təməli atıldı. Bu böyük layihə regionun inkişafı üçün önəmlidir. Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, bizim arqumentləri bilir: əsgərlərini işğal olunmuş torpaqlardan çıxarmalıdır!"