“Baxanda şoka düşdüm” – Ülkərin keçmiş ərindən açıqlama

18 Mart 2015 17:04 (UTC+04:00)


AzNews.az xəbər verir ki, AzVision.az-a açıqlamasında A.Əhmədzadə keçmiş qayınatası, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının onunla bağlı səsləndirdiyi ittihamlara cavab verib.

Onun sözlərinə görə, H.İsaxanlının fikirləri həqiqətə uyğun deyil, məlum videonun yayılmasında günahsızdır:

"Boş söhbətdir. Bu xəbəri də hamıdan gec mən bilmişəm və görəndə şok keçirdim".
A. Əhmədzadə qeyd edib ki, Ü.İsayevanın videosunu o yaymayıb:

"Balamın anası ilə bağlı ömrümdə heç vaxt pis fikir bildirməmişəm. Bu məsələdə əli olan hər bir insan cəzasını almalıdır. Mən 4 aydır ki, Azərbaycandan köçmüşəm. Hazırda ABŞ-ın Mayami şəhərində yaşayıram.

Mən onun-bunun gizli kamera çəkilişləri ilə məşğul olmuram.

Çox ümidvaram ki, çox hörmət etdiyim Hamlet müəllim və prokurorluq orqanları günahkarları aşkar edəcəklər. İnanıram ki, bu videonu yayanlar məlum olacaq. Nə deyə bilərəm ki, Allah hamiya səbr versin"
-deyə A.Əhmədzadə vurğulayıb.





Qeyd edək ki, Xəzər universitetinin rektoru Hamlet İsaxanlı qızının döyülməsi ilə bağlı videonun keçmiş kürəkəni tərəfindən yayıldığını bildirib.