Ramiz Rzayev: “Cinayət Məcəlləsindən bəzi maddələri çıxarmaq lazımdır“

18 Mart 2015 18:28 (UTC+04:00)


R. Rzayev bildirib ki, Cinayət Məcəlləsi və Mülki Məcəllədə müəyyən boşluqlar var: "Elə məsələləri var ki, onlarla bağlı məhkəmələrə müraciətə ehtiyac yoxdur. Tərəflər razıdırsa, yazıla bilər ki, iş icra olunub. Ümumiyyətlə, məhkəmələrə kimsə narazı olan vaxt müraciət edilməlidir. Cavabdeh və iddiaçı da razıdırsa, niyə işə məhkəmədə xitam verilməlidir? Bunun üçün işin icra olunduğuna dair qərar yazmaq kifayətdir. Belə olsa, məhkəmədəki işlərin sayı 20 faiz azalar. Cinayət Məcəlləsində elə maddələr var ki, onları oradan çıxarmaq olar. Bəzi maddələri isə təkmilləşdirmək və sərtləşdirmək lazımdır".