Muzeyə hücum - 9 nəfər öldü, 30 nəfər girov götürüldü

18 Mart 2015 18:39 (UTC+04:00)
Modern.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Tunisin daxili işlər naziri Əli əl-Uruyi məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 8 nəfər əcnəbi vətəndaş olmaqla azı 9 nəfər həlak olub. Həlak olanlardan 4-nün polşalı turist olduğu bildirilir. Hazırda silahlılar ən azı 10 nəfəri muzeydə girov saxlayır. Tunis təhlükəsizlik qüvvələri Bordo muzeyini mühasirəyə alıb. Yerli jurnalistlərin məlumatına görə, hücum muzeyi ziyarət edən avropalı turistlərə qarşı yönəlib.