Arif Hacılı Ülkər İsayeva olayından yazdı: “Problem süni yaradılıb”

19 Mart 2015 10:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, bu barədə özünün Facebook sosial şəbəkəsində yazıb.
A.Hacılı bildirir ki, Hamlet İsaxanlı yaxşı alimdir və indiki qəliz dövrdə ölkənin ən yaxşı Universitetini yaratmağa nail olub: "Həmişə təşəbbüskarlığı ilə seçilib. Şəxsiyyətini, mənliyini qoruyub. Amma bircə hadisə ilə necə dəhşətli vəziyyətə düşdü. Bu cür passionar ziyalı cahilliyin və harınlığın yaratdığı bataqlıqda böğulur. İndi onun üzərinə getməyin nə mənası var?".

Müsavat başqanı qeyd edir ki, problem onunla və ya hər hansı bir fərdlə bağlı deyil: "Problem süni surətdə yaradılıb və yaşamağa məhkum edildiyimiz cəmiyyətdədir. Düşdüyümüz bu tilsimdən xilas olmaq, cəmiyyəti dəyişdirmək barədə düşünməliyik. Enerjimizi bu istiqamətə yönəltməliyik".

Xatırladaq ki, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın martın 8-də gecə saat 4-də küçədə Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülub.

Bahar RÜSTƏMLİ
AzNews.az