Tərlan Əhmədova fəxri ad verildi - FOTO

19 Mart 2015 16:08 (UTC+04:00)


AzNews.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın "sükan sahibi" "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" fəxri adına layiq görülüb.

"Xəzər Lənkəran"a qarşı oyundan sonra klubun vitse-prezidenti Fikrət Hüseynov komandanı qələbə və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdikdən sonra baş məşqçini xüsusi təbrik edib.

F.Hüseynov elə paltardəyişmə otağındaca T.Əhmədova vəsiqəni və döş nişanını təqdim edib.