Azərbaycanlı qadınlar Ukraynada toplaşdı - FOTO

19 Mart 2015 18:21 (UTC+04:00)

İclasda xanımlar Azərbaycan mədəniyyətinin tanıdılması və Donetskdən,Luqanskdan qaçqın düşmüş uşaqlara yardım göstərilməsi ilə bağlı tədbirlər planı hazırlayıblar. Qeyd edək ki, "Qadınlar Şuras"ı bu yaxınlarda müstəqil təşkilat kimi qeydiyyatdan keçməyə hazırlaşır. Xatırladaq ki, UABD-nin sədri Hikmət Cavadov gender bərabərliyinə toxunaraq Ukraynada azərbaycanlı qadınlar birliyinin yaranmasının və xanımların bu ölkədə geniş ictimai fəaliyyətinin ümumiləşdirilərək daha böyük məqsədlərə nail olmasının vacibliyini vurğulamışdı.