Ukraynada möhtəşəm Novruz şənliyi - VİDEO

20 Mart 2015 00:37 (UTC+04:00)
Açılışda Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə birinci katibi Asim osmanov, UABD-nin sədri Hikmət Cavadov, diasporun üzvləri, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının fəalları da iştirak ediblər.

Daha sonra jitomir Dövlət Filarmoniyasında şəhərdə yaşayan azərbaycanlıların hazırladıqları konsert proqramı baş tutub. Ukrayna və Azərbaycan dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konsert proqramında ilk olaraq Azərbaycanın Ukraynadakı Səfirliyinin rəsmisi Asim Osmanov Səfir Eynulla Mədətlinin təbrik məktubunu oxuyub.

Daha sonra azərbaycandan da gələn müğənillərin də iştirak etdiyi möhtəşəm konsert proqramı baş tutub. Konsert zamanı azərbaycanlı və ukraynalı gənclərin birgə hazırladıqları Azərbaycanın milli rəqsləri alqışla qarşılanıb. Hətta konsert proqramını izləməyə gələn hər kəsə Novruz bayramının rəmzi şirniyyatı olan şəkərbura, paxlava və qoğal paylanılıb.

Konsertin sonunda çıxış edən UABD-nin sədri Hikmət Cavadov bütün azərbaycanlıları Novruz Bayramı münasibəti ilə təbrik edib. Diasporun Jitomir vilayəti üzrə nümayəndəliyinin rəhbəri Rac Qasımova qısa müddət ərzində gördüyü işlərə görə minnətdarlıq edərək onu diplomla təltif edib.

Bayram şənlikləri azərbaycanlıların və ukraynalıların iştirak etdiyi ziyafət süfrəsi ilə yekunlaşıb. Qeyd edək ki, süfrədə Azərbaycanın milli xörəklərinin yer alması böyük marağa səbəb olub.