Şəmkirdə ev yandı

20 Mart 2015 12:56 (UTC+04:00)


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və əşyaları 92 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.