Rusiya ordusu Saxalində

20 Mart 2015 13:36 (UTC+04:00)


Axar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada təlimlər zamanı "Qrad" tipli raketlərdən istifadə olunacağı, əsgərlərin döyüş hazırlığı səviyyəsinin artırılacağı bildirilib.

Sputnik-də yer alan xəbərdə isə deyilir ki, təlimlərdə T-72B3 tankları, Su-24 (Fencer) hücum təyyarələri və Mi-8 (Hip) helikopterləri iştirak edir. Təlimlərdə ümumi hərbi texnikanın sayı 300-dən artıqdır.

Təlimlərin martın 21-dək davam edəcəyi gözlənilir.