Həsən Ruhaniyə ağır itki

20 Mart 2015 13:39 (UTC+04:00)
"Qafqazinfo" İran KİV-nə istinadən xəbər verir ki, prezidentin 86 yaşlı anası dünyasını dəyişib. Yerli mətbuatın yazdığına görə, Ruhaninin anası artıq bir müddət idi ki, Tehran Milad Xəstəxanasında nəzarət altında idi.

Mərhum Səkinə Peyvəndinin 5 uşağı olub, İran prezidenti onun ilk övladı idi.