Bakıda yanğın - Xəsarət alanlar var

20 Mart 2015 17:12 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin bir otağında ev əşyaları 5 kv.m sahədə yanıb və yüksək temperaturdan 1 ədəd televizor əriyib.

Yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq mərkəzinə aparılıb, ev sahibinin həyat yoldaşı yüngül yanıq xəsarəti alıb və ona yerində ilkin tibbi yardım göstərilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.