Malayziya təyyarəsini rusların vurduğu təsdiqləndi

20 Mart 2015 17:21 (UTC+04:00)


Musavat.com xəbər verir ki, bunu holland nəşri "RTL Nieuws"un sifarişi əsasında aparılmış ekspertizanın nəticələri sübut edir. Belə ki, nəşrin jurnalistinin Varşava, London və Münhendən olan ekspertlərə verdiyi tapılmış qalıqlardan dördü təyyarəyə, üçü isə - "Buk" raketinə məxsus olub.

Nəşrin bildirdiyinə görə, bu günədək yalnız bəzi əlamətləri var idisə, artıq üç müxtəlif ölkənin məhkəmə-tibb ekspertləri sübut elədilər ki, söhbət məhz bu raketdən gedir. "İlk dəfə olaraq, "Boeing 777"-in raketlə vurulmasına dair real faktlar ortaya çıxıb", - deyə açıqlamada vurğulanır.

Nəşr həmçinin fraqmentlərin şəkillərini dərc edib və qeyd edib ki, raketin qalıqları üzərində rus "Ц"-yi də daxil, Kiril hərflərini tanımaq olar.

Xatırladaq ki, aviaqəza nəticəsində 298 günahsız insan həyatını itirib.