12 min nəfərin girişi qadağan edildi - Türkiyədə

20 Mart 2015 20:49 (UTC+04:00)


Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Avropa Birliyi üzrə naziri Volkan Bozkır məlumat verib. Bozkır terrorla mübarizəyə həm dünya ölkələrinin, həm də Türkiyənin önəm verdiyini qeyd edib.

AB-nin terrorla mübarizədə töhfələrini verəcəyini deyən Bozkır 12 min 500 nəfərin adının Türkiyə hökumətinə bildirildiyini, bundan sonra da bu şəxslərin ölkəyə girişinin qadağan edildiyini qeyd edib. Bozkır həmçinin İŞİD-lə heç bir əməkdaşlığın olmadığını vurğulayıb.