Sürücülərə xəbərdarlıq - Mərkəzi yol bağlıdır
22 Mart 2015 11:35 (UTC+04:00)
"Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən AzNews.az-a daxil olan məlumatda bildirilir ki, martın 22-si səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün dayandırılıb.
Səbəb frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlıdır.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Alternativ yol kimi Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmək məsləhət görülür.