İbrahim Tatlısəsdən yeni xəbər

22 Mart 2015 13:49 (UTC+04:00)


ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bəzi kütləvi informasiya vasitələri əməliyyat olunan zaman onun bədəninə mikrob keçdiyini yazıb. Bu səbəbdən də onun qarnında şişlik olduğu bildirilib. Bununla belə, həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını deyilirlər.

İbrahim Tatlısəs oyanandan sonra oğlu İdo da onu ziyarət edib. O, "ata, əgər məni eşidirsənsə, sağ ayağını tərpət", deyib və sənətçi də sağ ayağını tərpədib.

Qeyd edək ki, İbrahim Tatlısəs bir neçə gün əvvəl Amerikada əməliyyat olunub. Əməliyyatdan 6 gün sonra oyandırılan sənətçi cihaza bağlı olaraq nəfəs alır. O, dünən axşam telefonla anası ilə danışaraq yaxşı olduğunu, narahatlığa heç bir səbəb olmadığını deyib.