Aslanovun oğlunu öldürən Vüqarın işi ilə bağlı şok faktlar açıqlanacaq

22 Mart 2015 18:55 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu sözləri məhkumun vəkili Adəm Məmmədov bildirib.
"Məhkəmə prosesində Vüqar Əliyevin üzünə yalandan şahidlik edən şəxslərin adları və kimlikləri haqda hər şeyi deyəcəm. İctimaiyyət nəhayət, həmin şəxslərin harda işləməyini və Aslan Aslanova necə yaxın olmağını bilməlidir", - deyə vəkil əlavə edib.

Qeyd edək ki, Aslan Aslanovun oğlu Ruslan 2003-cü ilin may ayında qətlə yetirilib. Qətldə şübhəli bilinən Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edilmişdi.

Bakı Apellyasiya Məhkəməsi bu il fevral ayının 20-də Baş Prokurorluğun verdiyi protestə baxaraq Lamiyəni azadlığa buraxıb.