“Messi sonadək “Barselona”da qalacaq” – Rəsmi

22 Mart 2015 20:05 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Football Espana" nəşri "Barselona" futbol klubunun prezidenti Xosep Mariya Bartomeuya istinadən deyib.

"Messini satmaq qeyri-mümkündür, çünki o, "Barselona"da böyüyüb və karyerasını da burada sona çatdıracaq. Zənnimcə, bu, onun əsas məqsədidir. Messi ilə baş məşqçi Luis Enrike ilə münaqişə də çox şişirdilib. Hər halda oyunçu ilə baş məşqçi arasındakı fikir ayrılığı normal haldır", - deyə Bartomeu əlavə edib.