ŞOK: İŞİD ABŞ-ın 100 əsgəri üçün ölüm əmri verdi

22 Mart 2015 22:02 (UTC+04:00)



AzNews.az xəbər verir ki, bu haqda məlumat İŞİD-ə bağlı olan bir saytda yer alıb.
Məlumata görə, İŞİD öldürəcəyi həmin əsgərlərin şəxsi məlumatlarını və fotoşəkillərini dərc edib.

Pentaqonun sözçüsü Stiven Uorren Reuters-ə "Bütün bunlar narahatedicidir. Məlumatların doğruluğunu təsdiq edə bilmərəm, ancaq məsələni araşdırırıq. Əməkdaşlarımıza hər zaman lazımi təhlükəsizlik tədbirləri görmələrini tövsiyə edirik" sözlərini deyib.

"New York Times" qəzeti yazır ki, İŞİD çox böyük ehtimalla əsgərlər haqda məlumatları sosial mediadan götürüb.

Dərc edilən məqalədə əsgərlərin adları, hansı hərbi hissədə çalışdıqları, fotoları və ünvanları ilə yanaşı, bəzilərinin rütbələri də verilib.