Şamaxıda ağır yol qəzası - Sürücü öldü

23 Mart 2015 16:50 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Şamaxı-Çöl Göylər-Padarçöl yolunun 28-ci kilometrliyində qeydə alınıb.

Çöl Göylər kənd sakini, 1984-cü il təvəllüdlü Bayramov Tacir Bayram oğlunun idarə etdiyi 56-BA-946 dövlət nömrə nişanlı, BMW markalı minik maşını yoldan çıxaraq aşıb.

Sürücü T. Bayramov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.