İlham Əliyev Sinqapur prezidentinə başsağlığı verdi

23 Mart 2015 16:54 (UTC+04:00)


Başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının birinci Baş naziri, görkəmli dövlət xadimi Li Kuan Yunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə və bütün Sinqapur xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.