Üç sərnişin avtobusu yük maşınıyla toqquşdu - 34 ölü

23 Mart 2015 20:52 (UTC+04:00)

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Limadan şimal-qərbdə yerləşən Uarmey şəhərində baş verib.

İlkin məlumata əsasən, qəzaya səbəb "Murga Serrano" şirkətinə məxsus sərnişin avtobusunun sürücüsünün yol qaydasını pozaraq əks yola çıxması olub. Xəsarət alanların sayının çoxluğu səbəbindən Uarmey şəhərinə əlavə təcili tibbi yardım briqadaların göndərildiyi bildirdilir.