Viktor Yanukoviç Krıma gəldi və oğlunun dəfnində iştirak etdi - VİDEO

23 Mart 2015 21:59 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Krıminform" agentliyi yayıb.
Məlumatda deyilir ki, mart ayının 20-də Rusiyanın Baykal gölündə faciəli şəkildə həyatını itirən Viktor bu gün Sevastopol şəhərində Bratsk memorial qəbristanlığında dəfn edilib.

"Mərasimdə Viktorun qohumları iştirak edirdi. Atası da orda idi. Anası çoxlu göz yaşları tökdü. Mərhum Viktorun kiçik oğlu da dəfnə gəlmişdi", - deyə Müqəddəs Nikolsk kilsəsinin xidmətçilərindən biri bildirib.