Bazarın ..x sözü

24 Mart 2015 11:00 (UTC+04:00)

Kiçik məkanların dərdi də kiçikdir.
Fatmanisə ilə Kərbalayı evinin içində hələ də düzənsizdirlər. Dünən o evin təməllərinə dəyən zədələrdən qurtulmadığından bu gün də ev söhbətlərinə aşinadır.

Diqqət edin, biz yalnız ev söhbətlərində ciddi müzakirə apararıq, bir də söz bazarında.
Söz bazarı hər mərkəzimizin davamlı halıdır. Ən kiçik kəndlərimizdən Şəhər mərkəzlərimizə qədər.
Sözü bazara çıxaralı ciddi söz dəyərimiz itib.

Ticarətin mərkəzi bazardır. Nə qədər mini, meqa şəkil dəyişməsinə uğrasa da mahiyyəti Bazar olan Bazardır.
"Nə bazar açmızınız" ifadəsini xatırlayın. Bu müdaxilə qurbağa gölünə daş atar.

Bazar düşüncəsi bazardan kənarda qəbul edilməzdi.
Sözün düzəni bazar düzəninə dönəni söz eşidilmədi. Söz bitdi.
Bazarın sözü yaşamın sözü oldu.
Biz bu astanada bitənlərik.
Bazar dəyərləri ilə evin sözünu, dövlətin sözünü, dəyərin sözünü danışanların ağızı açılar.

"Ağzımı açma" ritualı günün dəyərinə beləcə çevrilir.
Hər kəsin ağzı açılıb, yazanın da, danışanın da, susanın da.
"Ağzına ..x qoydum" ..x yeyenlərin sevimlı ifadəsidir artıq.
Əlamutda bir Həsən Səbbah var idi. Qərb onları Xaşxaşılər olaraq tanıyar. ..x yemek ritualı da onların mirasıdır. Nədən bu qədər ..x var yaddaşımızda. Bu da Səbbahın ..xu.

Üzr istəyirəm ki, bu ifadəni yazıya gətirirəm. Amma bazar dəyəri ilə yazılaşan günümüzdə o qədər ..xlar yeyilir ki, ... bu dərdin çarəsi tapılmalıdır.

Ya da "biz elə buyuq" deyib keçmək də onların yanında olmaq kimidir.