Xalq artistinin oğlu evlənir

24 Mart 2015 14:52 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə məlumatı toya dəvət olnan şəxslərdən biri verib.

Məlumata görə, xalq artistinin oğlu Nadir Rzazadənin toyu bu gün paytaxt restoranlarından birində baş tutacaq. Toyda adlı-sanlı sənət adamları, incəsənət xadimləri, yazıçılar, millət vəkilləri iştirak edəcəklər.

Qeyd edək ki, Zaur Rzayevin iki oğlu var. Digər oğlu Azər Rzazadə Müslüm Maqomayevdən sonra ilk azərbaycanlıdır ki, dünyanın məşhur "La Scala" vokal akamediyasında təhsil alır.