Platini yenidən UEFA-nın prezidenti seçildi

24 Mart 2015 16:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, seçkinin bu gün Vyana şəhərində keçirildiyi deyilir. O, bu vəzifəyə yeganə namizəd olub.
Platini 3-cü dəfə daha 4 il bu futbol qurumuna rəhbərlik edəcək.
Qeyd edək ki, 59 yaşlı fransalı bu vəzifəni 2007-ci ildən tutur.