Xilasedicilər təyyarənin qəzaya uğradığı əraziyə çatıblar – Sağ qalan olmayıb

24 Mart 2015 20:52 (UTC+04:00)

İlkin məlumatlara görə, təyyarədə olan sərnişinlərdən və ekipaj üzvlərindən heç kim sağ qalmayıb.

AzNews.az Fransa agentliklərinə istinadən xəbər verir ki, bu barədə məluamtı Fransanın Daxili İşlər Nazirliyi yayıb. Məlumatda bildirilir ki, xilaxetmə əməliyyatı uzun müddət çəkə bilər və çox çətin proses olacaq.

Fransa Nəqliyyat Nazirliyi isə təyyarənin qəzaya uğradığı məkanın qar örtüyü ilə bağlı olduğunu və nəqliyyatın ora getməsinin mümkünsüz olduğu barədə məlumat yayıb.

Reuters agentliyinin yaydığı məlumata görə, qəza nəticəsində həyatını itirənlərin cəsədlərini tapmaq bir neçə gün çəkəcək.

Qeyd edək ki, təyyarənin qəzaya uğradığı ərazidə əlverişsiz hava şəraiti hökm sürür. Havanın sabah da eyni cür olacağı proqnozlaşdırılır.