“Ermənilərə cəbhədə genişmiqyaslı cavab veriləcək” - Rəsmi açıqlama

24 Mart 2015 22:56 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, Azərbaycan tərəfi cavab tədbirləri məqsədilə düşmən səngərlərindəki hədəflərə və atəş nöqtələrinə daha üstün və iri çaplı silahlardan zərbələr endirib.

Müdafiə Nazirliyi bildirir ki, düşmənin təxribatları davam edərsə, görüləcək adekvat tədbirlər daha sərt və genişmiqyaslı, onun verəcəyi itkilər isə erməni xalqının növbəti faciəsinə çevriləcəkdir.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən heç bir itki yoxdur. Bütün cəbhə boyu əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.