Lamiyənin həyatı barədə kitab yazılır – Dəhşətli cinayət faktları

24 Mart 2015 23:17 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Vüqar Əliyevin vəkili Adəm Məmmədov məlumat verib. O, Azərbaycan dilində nəşr olunacaq kitab üzərində iş getdiyini, kitabın "Qobustan qəbiristanlığının diri sakininin harayı" adı altında işıq üzü görəcəyini bildirib: "Bu kitabda günahsız bir cavanın başına gətirilən hadisələr, verilən işgəncələr, hər an ölümlə üzbəüz qalaraq ölüm-dirim savaşı və digər cinayət aləmində baş verən bir sıra maraqlı hadisələr öz əksini tapıb".

Nəşr olunacaq kitab barədə AzNews.az-a danışan Adəm Məmmədov vəkilliyi dövründə rastlaşdığı ən dəhşətli cinayət hadisələrinin də kitabda yer alacağını deyib: "Kitabdakı hadisələr real faktlar əsasında yazılıb. Kitabın belə adlandırılmasının səbəbi isə orada Qobustan həbsxanasındakı məhkumların həyatının əks olunmasıdır. O həbsxanadakı məhbusların azad olmaq üçün tək çıxış yolu ölümdür. Buna görə də kitaba belə ad vermək qərarına gəldik".

Kitabın müəllifi Adəm Məmmədov özüdür. "Qobustan qəbiristanlığının diri sakininin harayı" rus, türk və fars dillərinə də tərcümə olunacaq. Gələcəkdə isə ingilis dilinə tərcümə edilməsi də planlaşdırılır. Bundan əlavə, Adəm Məmmədov yaxın günlərdə sensasiyalı açıqlama ilə çıxış edəcəyini bildirib. O, Lamiyə və Vüqar olayında məhkəmədə yalandan şahidlik etmiş şəxsləri mətbuat vasitəsilə ifşa edəcəklərini bəyan edib.