Bakıda yanğın : sakinlər təxliyyə edildi

25 Mart 2015 12:09 (UTC+04:00)


AzNews.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın pilləkan qəfəsinin altında yığılmış məişət tulantıları, istifadəsiz avtomobil ehtiyyat hissələri 6 kv.m sahədə, pilləkan qəfəsində quraşdırılmış elektrik sayğacı və 6 ədəd qaz sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.