Polis əməliyyat keçirdi: 3 “qanuni oğru” həbs olundu

25 Mart 2015 15:00 (UTC+04:00)
Nəticədə üç "qanuni oğru" həbs olunub. "Qanuni oğrular"dan ikisini uzun müddətli həbs gözləyir. Üçüncü isə inzibati həbs müddəti başa çatdıqdan sonra Rusiyadan deportasiya olunacaq.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, polislər ilk olaraq 53 yaşlı "qanuni oğru" Kamo Safaryanın yaşadığı ünvanda axtarış aparıblar. Burada polis əməkdaşları iki tapança tapıblar. Eyni "tapıntı" (avtomat-pulemyot) ikinci "qanunçu"nun da evində aşkarlanıb. Böyük miqdarda "amfetamin"in saxlanmasına görə əvvəllər həbs olunan 40 yaşlı çeçen "qanuni oğru" Qilani Əliyevi (Qilani Sedoy) yenə uzun müddətli həbs gözləyir. 41 yaşlı Kaxabera Oraqvelidze (Kaxa Tbiliski) isə kiçik xuliqanlıqla saxlanılıb. Kaxaya 10 sutka həbs verilib.

Aydan Axundova
AzNews.az