Ümumukrayna Ağsaqqallar Radasının sədri Azərbaycan diasporunun üzvü oldu

25 Mart 2015 16:25 (UTC+04:00)



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Alyansın sədri Elmar Məmmədov yayıb.

Görüşdə Anatoli Raxanskiyə Alyansın fəxri üzvülük bileti təqdim edilib.

Qeyd edək ki, Raxanski Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü, Azərbaycan İqtisadiyyat Universitetinin isə fəxri doktorudur.

Xatırladaq ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı ötən ilin əvvəlində Ukraynada təsis edilib.

Onun artıq Kiyev və Truskovetsk şəhərlərində ofisi açılıb.
Alyansın yaradılmasında əsas məqsəd Ukrayna və Azərbaycan xalqlarının dostluq və sıx əməkdaşlıq münasibətlərinin gücləndirilməsinə yardım etməkdir.