Neymar dünyanın ən bahalı futbolçusu imiş - “Barselona“dan saxtakarlıq

26 Mart 2015 14:30 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, buna səbəb transferin qanunsuz olaraq həyata keçirilməsidir.
Kataloniya klubunun iki prezidentinə və kluba kəsilən cərimələr transferin qiymətini 158,3 milyon avroya qaldırıb.

İspaniya Prokurorluğu transferdə qanunsuzluq və vergidən yayınma halları ilə bağlı istintaqı tamamlayıb. İstintaqdan sonra tələb olunan həbs cəzaları dünyada böyük əks-səda yaradıb.

Prokurorluğun hazırladığı iddianamədə "Barselona" klubunun prezidenti Josep Maria Bartomeu üçün 2 il 3 ay, sabiq klub prezidenti Sandro Rosell üçün isə 7 il həbs istənilib. Sandro Rosell transfer sonrası futbolçuya görə 57 milyon avro pul ödəndiyini açıqlamışdı. Daha sonra indiki klub prezidenti Bartomeu transfer üçün ödənilən ümumi məbləğin 86,2 milyon avro olduğunu bildirmişdi.

İspaniya mətbuatı isə bu rəqəmin 95 milyon avro ətrafında olduğunu iddia etmişdi. Ancaq ortaya çıxan son rəqəmlər bu transferin "Barselona"ya çox baha başa gəldiyini ortaya çıxarıb.

Ödənməsi lazım olan vergilər, Rosell, Bartemou və "Barselona"ya kəsilən cəzalarla birlikdə Neymarın transferi 158,3 milyon avroya başa gələcək.

Neymarın transferi rəqəmlərdə:
İmza pulu ("Santos"): 17,1 milyon avro
3 oyunçunun satın alma haqqı ("Santos"): 7,9 milyon avro
İmza bonusu (Neymar): 10 milyon avro
Oyuncu hüquqları (N & N): 40 milyon avro
Scouting ödənişi (N & N): 2 milyon avro
Menecerin ödənişi (N & N): 4 milyon avro
Vəqf (N & N): 2,5 milyon avro
Komissiya (menecerlik): 2,7 milyon avro
Əlavə bəyannamə: 13,5 milyon avro
Dostluq matçı ("Santos"): 4,5 milyon avro
Ballon d`Or finalı (Neymar): 2 milyon avro
Pul cəzası (Sandro Rosell): 25,1 milyon avro
Pul cəzası (Josep Bartemou): 3,8 milyon avro
Pul cəzası (FC "Barselona"): 22,2 milyon avro
Cəmi: 158,3 milyon avro