“Ermənistanı udsalar, mükafat verəcəm” - Qurban Qurbanov

26 Mart 2015 22:51 (UTC+04:00)


Qol.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubunun müdafiəçisi Ansi Aqolli şərəfini qoruduğu Albaniya millisinin heyətində martın 29-da Ermənistan yığmasına qarşı öz meydanlarında "Avro-2016"nın rəsmi oyununa çıxacaq.

Qurban Qurbanov deyib ki, Albaniya qalib gəlsə, təkcə Aqolli deyil, həmin ölkənin millisinin sabiq müdafiəçisi, hazırda "Qarabağ"ın şərəfini qoruyan Admir Teliyə də klub adından mükafat veriləcək.