Əhalinin banklardakı əmanəti - 7,1 milyard

27 Mart 2015 00:25 (UTC+04:00)

2015-ci il fevralın 1-nə olan xəbərdə əhalinin banklardakı əmanətlərinin 7,1 milyard manat təşkil etdiyi bildirilir.

Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz artım deməkdir.

Ötən ilin fevral ayında isə əmanətlərin həcmi 6.4 mlrd manat olub. Əmanətlərin 4,3 milyard manatı və ya 60 faizi milli, qalan 2,8 milyard manatı isə xarici valyutada qoyulub.

Onu da xatırladaq ki, əmanətlərin 75 faizdən çoxu özəl banklarda yerləşdirilib.