Ağstafada yaşayış evi partladı - yaralılar var

27 Mart 2015 13:33 (UTC+04:00)


AzNews.az APA-ya istinadən xəbər verir ki, partlayış zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ötən gün rayonun Vurğun qəsəbəsində Cəmaləddin Rzayeva məxsus evdə qeydə alınıb.

Partlayış qaz sobası işə salınan zaman baş verib. Nəticədə 1955-ci il təvəllüdlü C. Rzayev və həyat yoldaşı, 1958-ci il təvəllüdlü Mahizər Xanbaba qızı Rzayeva yanıq xəsarətləri ilə Ağstafa Mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Ailənin yaxın qohumu partlayışın qaz sızmasından baş verdiyini bildirib.