Prezident 4 MTN zabitinə general rütbəsi verdi - SƏRƏNCAM

27 Mart 2015 13:52 (UTC+04:00)


AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilsin:


general-leytenant ali hərbi rütbəsi


general-mayor Vəli Məmiş oğlu Ələsgərova


general-mayor Elçin Ərsalan oğlu Əliyevə


general-mayor Fərhad Hüseyn oğlu Vahabova


general-mayor ali hərbi rütbəsi


polkovnik Vüqar Zülfüqar oğlu Allahquliyevə "