İlham Əliyev MTN əməkdaşlarını təltif etdi - SİYAHI

27 Mart 2015 14:00 (UTC+04:00)

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:


Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:


3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə


Çovdarov Akif Teymurxan oğlu - general-mayor

Mahmudzadə Elşad Bilal oğlu - polkovnik


"Vətən uğrunda" medalı ilə


Ağakişiyev Vahid Balazayir oğlu - polkovnik-leytenant

Əliyev Rüfət Yaşar oğlu - tibb xidməti polkovniki

Fərəcov Beytulla Niyazi oğlu - baş leytenant

İbayev Zabil Nəsir oğlu - mayor

Məmmədov Yasin Seyfulla oğlu - ədliyyə mayoru

Sadıqov Mahir İbrahim oğlu - polkovnik

Sultanov Şahin Sultan oğlu - general-mayor


"İgidliyə görə" medalı ilə


Əsədov Amal Məhəmmədəli oğlu - kiçik çavuş

Mahmudov Ceyhun Ələkbər oğlu - baş leytenant

Mövsümov Azər Adil oğlu - kapitan


"Hərbi xidmətlərə görə" medalı ilə


Abbasov Mövlud Həsənqulu oğlu - mayor

Ağaverdiyev Pərviz Yaqub oğlu - kapitan

Cabbarov Turac Vaqif oğlu - kapitan

İbrahimov Mürsəl Qorxmaz oğlu - polkovnik

Quliyev Bəhruz Yusif oğlu - kapitan

Rzayev Tural Məmməd oğlu - kapitan

Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant."