Çernoqoriyada ara qarışdı: Rus qapıçının boynu yandı - VİDEO

28 Mart 2015 10:12 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, futbol üzrə Rusiya millisinin qapıçısı İqor Akinfeyev matçın əvvəlində zədələnib. Buna səbəb tribunalardan atılan fayer olub. Futbolçu meydanı xərəkdə tərk edib.

Fayeri atan azarkeşin tutulduğu deyilir.


Qeyd edək ki, oyunun ikinci hissəsində rusiyalı futbolçu Roman Şirokov penaltini vura bilməyib. Bundan bir neçə dəqiqə sonra isə hər iki komandanın futbolçuları arasında dava düşüb. Azarkeşlər meydançaya pirotexnik atıblar. Hakim bu səbəbdən də oyunu dayandırıb.

Rusiyanın idman naziri Vitali Mutko deyib ki, Akinfeyevin beyni zədələnib və boynu yanıb: "Hazırda o, xəstəxanada müalicə edilir".