Anar Nağılbaz: “Ad günüm virtual aləmdə qeyd olunur”

28 Mart 2015 11:30 (UTC+04:00)


Ömrünün 40 yaşını qeyd edən reper AzNews-az-a açıqlamasında ad gününü təntənəli şəkildə keçirmədiyini bildirib:
"Ad günüm elə bu virtual aləmdə qeyd olunur. İllərdir ki, ancaq yüngülvari çay süfrəsində, doğmalar arasında qeyd edirəm. Böyük məclisə ehtiyac görmürəm".

Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Bakı şəhərində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayib. 1990-cı ildə ilk dəfə Yaltada "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. 1992-ci ildə "Canlı klip şou" rep bəstəsini geniş ictimaiyyətə təqdim edib. 1993-cü ildə "Narkodünya" mahnısıyla şöhrət qazanıb. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb.

Anar Cəbiyev 2 iyul 2012-ci ildə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az