“Avtomobilimə 15 min manata yaxın ziyan dəydi” – Aşıq Zülfiyyə

28 Mart 2015 13:29 (UTC+04:00)
Saz ifaçısının idarə etdiyi "Mercedes-Benz S-Class" markalı minik avtomobili başqa bir avtomobillə toqquşub.

Olayla bağlı Aşıq Zülfiyyə AzNews.az-a açıqlama verib.

"Avtomobilimə 15 min manata yaxın ziyan dəyib. Bu, hələ ilkin rəqəmdir, çünki bu gün avtomobilin alt hissəsinə baxacaqlar. Dəyən ziyan yenidən hesablana bilər. Məbləğin bu qədər çox olması ehtiyyat hissələrinin bahalığı ilə əlaqədardır. Mənim avtomobilimə digər avtomobildən az ziyan dəyib", - deyə məşhur aşıq bildirib.

Aşıq Zülfiyyə əlavə edib ki, qəza zamanı yəqin digər avtomobilin sürücüsü fikirli olub: "Dəyən ziyanla bağlı danışıqlar aparılıb. Qarşı tərəf dedi ki, avtomobilimi təmir etdirib olduğu kimi təhvil verəcəklər. Onlar əsl insan kimi rəftar etdilər və günahlarını da boyunlarına aldılar".

Bahar RÜSTƏMLİ
AzNews.az