Ordumuzun zabiti şəhid oldu- Foto

29 Mart 2015 09:20 (UTC+04:00)
Azərtac xəbər verir ki, şəhid hərbçimiz, bu gün ailə üzvlərinin yaşadığı Aşağı Nüvədi kəndindəki qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində "N" saylı hərbi hissənin yüksək rütbəli zabitləri, döyüş yoldaşları, rayon rənbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub.

Çıxış edənlər hərbçi ailəsində doğulan İqbal Əhmədovun Vətənin ləyaqət və şərəfini öz canından üstün tutması ilə qürur duyduqlarını diqqətə çatdırıblar.

Sonra şəhid İqbal Əhmədov yaylım atəşləri altında son mənzilə yola salınıb, Azərbaycanın üçrəngli bayrağı, uğrunda canını qurban verdiyi torpağa tapşırıldı.

Qeyd edək ki, baş leytenant İqbal Əhmədov 1998-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2003-2004-cü illərdə təlim-tədris mərkəzindən sonra hərbi qulluğa başlayıb. Ön cəbhədə xidmət aparıb. Ailəli olub, bir oğlu, bir qızı var.