Temperatur 8 dərəcə düşəcək - Qar yağacaq

29 Mart 2015 12:23 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq.

Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək.

Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq.