“Bakıda keçiriləcək I Avropa Oyunları böyük hadisədir” - Patrik Hikki

29 Mart 2015 16:10 (UTC+04:00)


Avropa Olimpiya Komitələrinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişaf etdirmək və Avropa atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm. Lakin başqa ildə keçiriləcək və daha az idmançı, daha az atletlə təşkil olunacaq bu tədbir Avropa Oyunlarından tamamilə fərqli təşəbbüsdür".

APA-nın insidethegames.biz saytına istinadən xəbərinə görə, bu sözləri Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki 2018-ci ildə Berlin və Qlazqo şəhərlərində keçiriləcək oyunlarla bağlı deyib.

P. Hikki bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına qitənin ən yaxşı atletlərin cəlb olunacağını bildirib.

P. Hikki "Bakı 2015" I Avropa Oyunlarını böyük hadisə adlandırıb: "Bakı 2015 Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir".

Qeyd edək ki, bir neçə gün əvvəl 2018-ci ildə Qlazqoda velosiped, avarçəkmə və triatlon yarışları, Berlində isə yüngül atletikaya aid olan idman növləri üzrə təşkil olunacaq yarışların "Əsl Avropa Oyunları" olması ilə bağlı bəzi KİV-lərdə xəbər yayılıb.