Gənc yazardan “Mesaj“ - Fotolar

29 Mart 2015 21:02 (UTC+04:00)

Kitab xanım yazarın ilk kitabıdır. Kitabda onun şeirləri, esseləri və hekayələri toplanıb.

Müəllif imza günü keçirilən kitabdan, onun dörd il əvvəl çap edilməsinə baxmayaraq indi təqdim edilməsinin səbəblərindən, gələcək planlarından danışıb: "Əslində "Mesaj" 4 il əvvəl, 2011-ci ildə çap edilib. Amma çap ediləndən sonra lazımi diqqəti göstərmədim. Çapdan, kitab evlərinə paylanandan iki il sonra taleyilə maraqlandım. Zaman keçdikcə insanın düşüncə tərzi, həyata baxışı, adamlara yanaşması dəyişir. Bu səbəbdən illər sonra anladım ki, "Mesaj" rəflərdə tozlanacaq kitab deyil. Onu oxuculara tanıtmaq lazımdır".

Sonda şairə oxucuları maraqlandıran sualları cavablandırıb, onlar üçün kitab imzalayıb.

(525.az)