“Serj Sarkisyan erməniləri aldadıb” – Ermənistan mediası

29 Mart 2015 23:00 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın "Joxovurd" saytı yayıb.
Məlumatda deyilir ki, Ermənistan rəhbərliyinin razılığı ilə 2011-ci il iyun ayının 1-də Rusiya 1000 kubmetr qazın qiymətini 180 dollardan 210 dollara, 2012-ci il aprel ayının 1-də 240 dollara, 2013-cü il aprel ayının 1-də isə 270 dollara qaldırıb: "Bütün bunlar haqda ölkə mediası dəfələrlə informasiya dərc etsə də həmişə bu, erməni məmurları tərəfindən təkzib edilib. 2011-2013-cü illərdə "Qazprom-Ermənistan" şirkəti Rusiyaya qaz idxalına görə 180 dollar ödəyib və Rusiyanın "Qazprom eksport" şirkətinə 329.2 milyon dollar həcmində borcu yığılıb. Nəticədə Ermənistan məmurları, xüsusilə prezident Serj Sarkisyan əhalini bilərəkdən aldadıb".