İspaniya şirkəti də Ermənistanı tərk edir

29 Mart 2015 23:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Qraparak" qəzeti yayıb.

Qəzetin müxbiri bunun səbəbini öyrənmək üçün yerli şirkətin direktorunun köməkçisinə müraciət edib. Adının açıqlanmasını istəməyən şəxs deyib ki, iş ispanlar tərəfindən dayandırılıb.

Bu faktı Ermənistanın nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan da təsdiq edib.
Onun sözlərinə görə, ispanlar bunu havanın soyuq olması ilə əlaqələndirirlər: "İspanların fikrincə, havanın temperaturu müsbət 8 dərəcədən yüksək olmasa, yol tikintisinə başlanılmayacaq. İkincisi, onların gətirdiyi 2 beton yol çəkən maşından biri işləmir. Onu geri İspaniyaya göndərəcəklər".