Vertolyot qəzaya düşdü: Pilot öldü

30 Mart 2015 03:42 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "CeskeNoviny" nəşri yayıb.
Hadisə Morava kəndinin yaxınlığında yerləşən Boqem meşəsində baş verib.
Qəza nəticəsində pilot dünyasını dəyişib.
Bu faktı yerli polis idarəsinin mətbuat xidməti təsdiq edib.
Ölən pilotun şəxsiyyəti haqda xəbər verilməsə də vertolyotun "Raven II Robinson" modelindən olduğu deyilir.
Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.